Əsas səhifə » Apple üç aylıq dövrdə satış hesabatını açıqlayıb

Apple üç aylıq dövrdə satış hesabatını açıqlayıb

Bakı,AzerVoice

ABŞ-ın texnologiya nəhəngi Apple-ın gəliri üç aylıq dövrdə illik əsasda 4% artım göstərib.

AzerVoice xəbər verir ki , maliyyə təqvimində 28 dekabr 2024-cü ildə başa çatan üç aylıq dövrü 2025-ci maliyyə ilinin ilk rübü kimi qəbul edən Apple, hesabatını açıqlayıb.

Buna görə, şirkətin gəliri bu dövrdə illik 4% artaraq 124,3 milyard dollara yüksəlib. Apple, əvvəlki ilin eyni dövründə isə 119,6 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti eyni zamanda 7% artaraq 36,3 milyard dollara çatıb. Firma, əvvəlki ilin eyni dövründə isə 33,9 milyard dollar xalis mənfəət açıqlamışdı.

Apple-ın hər səhm üzrə mənfəəti də bu dövrdə 2,18 dollardan 2,40 dollara yüksəlib.

Həmçinin, hesabat dövründə Apple-ın iPhone satışları azalarkən, Mac və iPad satışlarında artım qeydə alınıb.

iPhone satışlarının həcmi 28 dekabr 2024-cü ildə başa çatan üç aylıq dövrdə təxminən 1% azalaraq 69,1 milyard dollara geriləyib və bazar gözləntilərini qarşılamayıb.

Eyni dövrdə Mac satışları 16% artaraq 8,9 milyard dollara, iPad satışları isə 15% artaraq 8,1 milyard dollara yüksəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice