53
Bakı, AzerVoice
Uçmuş binaların dağıntıları altından cəsədlərin çıxmağa davam etdiyi Qəzza zolağında həlak olanların sayı 47 417 nəfərə çatıb.
AzerVoice xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
Açıqlamada atəşkəsə baxmayaraq İsrailin son 24 saatda həyata keçirdiyi hücum nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib. Uçmuş binaların dağıntıları altından 59 cəsəd çıxarılıb, nəticədə daha 63 nəfər ölüb.
Son 24 saat ərzində 8 nəfərin yaralandığı da bildirilib.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisinin 47 min 417, yaralı sayının isə 111 min 571 nəfərə yüksəldiyi bildirilib.