Bakı,AzerVoice
Dünyanın ən böyük qəhvə şəbəkələrindən biri olan Starbucks, 2024-cü
ilin oktyabr-dekabr dövründə qlobal satışlarında 4% azalma qeydə
alıb.
AzerVoice xəbər verir ki, şirkət bu
azalmaya səbəb kimi həm iqtisadi çətinlikləri, həm də geosiyasi
gərginliklərlə bağlı boykot kampaniyalarını göstərib.
Starbucks-ın CEO-su Brian Niccol, “Starbucks-a qayıdış” (Reinvention Plan) strategiyasının ilkin mərhələsində olduqlarını və brendin uzunmüddətli böyüməyə geri dönməsi üçün əsas problemlərin həll edilməli olduğunu vurğulayıb.
Şirkətin Baş Maliyyə Direktoru Rachel Ruggeri isə səhmdar dəyərini qorumağa və kapitalın proqnozlaşdırıla bilən gəlirini təmin etməyə çalışdıqlarını bildirib.
Belə ki, İsrailin Qəzzaya hücumları ilə bağlı baş verən beynəlxalq etirazlar və boykotlar da Starbucks-a mənfi təsir göstərib.
2023-cü ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozu aşağı salınıb.
Son dörd rübdə satışların azalması müşahidə olunub. 2020-ci ilin sonundan bəri ilk dəfə satışlarda belə bir geriləmə qeydə alınıb.
Şirkət müştəri itkilərini bərpa etmək və maliyyə performansını yaxşılaşdırmaq üçün strategiyalar hazırlayır, lakin boykotların və qlobal iqtisadi şərtlərin təsirləri davam edir.