Bakı,
AzerVoice
Hindistanlı şahmatçı Aniş Sarkar cəmi 4 yaşında Beynəlxalq Şahmat
Federasiyasının (FİDE) reytinqini alan ən gənc idmançı kimi tarixə
düşüb.
AzerVoice xəbər verir ki, ailəsinin dediyinə görə, üç yaşında qatarda səyahət edərkən 9 yaşlı bir uşağın şahmat oynadığını görən Aniş ona qoşularaq şahmatın əsaslarını öyrənib.
Anası R. Chatterjee-nin sözlərinə görə, Aniş internetdə şahmat videolarına baxaraq öz bacarıqlarını inkişaf etdirib.Daha sonra o, Kolkatadakı Dibyendu Barua Şahmat Akademiyasına qatılaraq məşqlərə başlayıb.
2024-cü ilin oktyabrında isə Qərbi Benqal Dövlətinin 9 yaşadək turnirində uğurlu çıxışından sonra, özündən çox böyük yaş qrupunda iştirak edərək noyabr ayında 1555 FİDE reytinqi qazanıb. Bu göstərici, onu dünyada bu reytinqi əldə etmiş ən gənc oyunçu edib.
FİDE reytinqini qazanmaq üçün idmançılar əvvəlcədən reytinq almış ən azı 5 oyunçu ilə oynayıb, həmin oyunlardan yarım xal qazanmalıdır.
"O, sadəcə şahmatı sevən bir uşaqdır və bu sevincini heç vaxt itirməsini istəmirəm. Əgər o, nə vaxtsa başqa bir işlə məşğul olmaq istəsə, bunu anlayışla qəbul edərik. Biz sadəcə onun xoşbəxt olmasını istəyirik." - deyə ailəsi və müəllimi bildiriblər.
Aniş Sarkar, bu uğuru ilə daha öncə 5 yaşında FİDE reytinqi əldə etmiş Tejas Tivarinin rekordunu qıraraq tarixə düşüb.