Əsas səhifə » Kosmosdan gələn intensiv radiosiqnalların mənbəyi elm dünyasını təəccübləndirib

Kosmosdan gələn intensiv radiosiqnalların mənbəyi elm dünyasını təəccübləndirib

Bakı,AzerVoice

Alimlər kosmosun dərinliklərindən gələn son dərəcə güclü radio siqnalının (FRB) mənbəyini aşkar edərək, heyrətamiz bir qalaktikanın qapılarını aralayıb

AzerVoice xəbər verir ki, 1,3 milyard il yaşı olan bu qalaktika, indiyə qədər kəşf edilmiş ən qədim FRB mənbələrindən biridir. Onun qəribəliyi isə təkcə yaşında deyil – bu qalaktika nəhəng, parlaq və tamamilə ölüdür.

Sürətli radio partlayışları (FRBs) kosmosdan gələn qısa, lakin inanılmaz dərəcədə güclü radio siqnallarıdır. Bu fenomenlər bir neçə millisaniyə ərzində nəhəng enerji buraxır – bəzən Günəşin yüzilliklər ərzində yaydığı enerjidən də artıq. FRB-lərin səbəbi və mənbələri indiyə qədər tam aydın deyildi, lakin ehtimallar arasında qara dəliklər, maqnetarlar və hətta yadplanetli texnologiyalar var.

Yeni araşdırma 2024-cü ilin fevral ayında baş vermiş bir FRB hadisəsi ilə bağlıdır.

Belə ki, bu qalaktika 11,3 milyard il əvvəl formalaşıb və Yerdən cəmi iki milyard işıq ili uzaqlıqdadır. Qalaktikada yeni ulduzların yaranma prosesi dayanıb, bu da onun "ölü" qalaktika kimi təsvir olunmasına səbəb olub.Kütləsi 100 milyard günəş kütləsinə bərabərdir, bu isə onu indiyə qədər aşkar edilmiş ən böyük FRB mənbəyi edir.

Bu kəşf, sürətli radio partlayışlarının mənbələri ilə bağlı mövcud anlayışları kökündən dəyişir. Əvvəllər aşkar edilən FRB-lər əsasən daha gənc, fəal ulduz əmələgəlmə bölgələrindən gəlirdi. Lakin bu yeni tapıntı göstərir ki, bu fenomenlər daha müxtəlif yerlərdə və şəraitlərdə baş verə bilər.

Alimlər düşünürlər ki, bu kəşf təkcə FRB-lərin mənşəyi haqqında deyil, həm də qədim qalaktikalarda baş verən fiziki proseslər haqqında yeni ipucları verəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice