Əsas səhifə » 2024-də 1 milyarddan çox insan ölkələr arası səyahət edib

2024-də 1 milyarddan çox insan ölkələr arası səyahət edib

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Turizm Təşkilatı 2024-cü ildə dünya üzrə 1,4 milyard insanın ölkələr arasında səyahət etdiyini və bu rəqəmlə beynəlxalq turizm sektorunun tarixinin ən pis böhranı olan COVID-19 pandemiya dövrünü (2020-2021) geridə qoyduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, BMT-nin Dünya Turizm Təşkilatından verilən açıqlamaya görə, 2024-cü ildə 1,4 milyard insan beynəlxalq səyahətə çıxıb ki, bu da əvvəlki illə müqayisədə 11 faiz (təxminən 140 milyon çox) artaraq pandemiyadan əvvəlki rəqəmlərə qayıdıb.

COVID-19 epidemiyasından əvvəl 2019 və 2024-cü illərin rəqəmləri arasında müqayisəyə əsasən, ziyarətçilərin ən yüksək artımı Yaxın Şərq, Avropa və Afrikada qeydə alınıb.

Keçən il Yaxın Şərqə 95 milyon insan (2019-cu illə müqayisədə 32 faiz çox), 74 milyon insan Afrikaya (7 faiz çox) və 747 milyon insan Avropaya (1 faiz artım) səfər edib.

Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili , "Qlobal turizm 2024-cü ildə pandemiyadan sonra bərpa prosesini başa vurub. Ötən ilin məlumatlarında 2019-cu ilə nisbətən turistlərin gəlişi və xüsusilə gəlirlər bir çox yerlərdə daha yüksək olub. - deyə bildirib.

Pololikaşvili vurğulayıb ki, dünya turizmində güclü tələbatdan irəli gələn artımın 2025-ci il ərzində də davam edəcəyini gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice