Əsas səhifə » Demans xəstəliyi ABŞ-da ciddi narahatlıq doğurur

Demans xəstəliyi ABŞ-da ciddi narahatlıq doğurur

Bakı, AzerVoice

ABŞ-da demensiya (müxtəlif xəstəliklərə bağlı olaraq beyin funksiyalarının itkisi nəticəsində, yaddaş, düşüncə, danışma, qiymətləndirmə və davranışlardakı pozuqluqla seyr xəstəlikdir) ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur.

AzerVoice xəbər verir ki, yeni araşdırmaya görə, 2060-cı ilə qədər demensiya hallarının iki dəfə artacağı proqnozlaşdırılır. Bu, hazırda ildə təxminən 500.000 yeni hadisənin gələcəkdə 1 milyon yeni hadisəyə çatacağı anlamına gəlir.

Tədqiqatçılar bildirirlər ki, bu artım əsasən ölkə əhalisinin yaşlanması ilə bağlıdır.

1987-2020-ci illər arasında toplanmış 15.043 yetkin insana dair məlumatların təhlili nəticəsində, 55 yaşdan sonra başlayan demensiya riskinin 42 faiz olduğu müəyyən edilib. Bu, əvvəlki il göstəricilərindən xeyli yüksəkdir. Xüsusilə , 75 yaşdan yuxarı olanlarda demensiya riski daha da artır.

Bu vəziyyət isə yalnız fərdi sağlamlıq məsələsi deyil, həm də iqtisadi bir yükdür. ABŞ-da hər il demensiya ilə əlaqəli səhiyyə xərclərinin təxminən 600 milyard dollar olduğu hesablanır.

Digər Kateqoriyalar

2025 © Azervoice