Bakı,
AzerVoice
ABŞ kofe zəncir mağazaları olan Starbucks, şirkəti yenidən
canlandırmaq planının bir hissəsi olaraq mart ayında korporativ
komandasını ixtisar edəcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki Starbucks, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi sənəddə baş icraçı direktoru Brayan Nikkolun açıqlamasını paylaşıb.
Nikkol, ötən ilin sentyabrında şirkəti canlandırmaq planını təqdim etdiklərini xatırladaraq, hələ də çox iş görülməsinə baxmayaraq əldə edilən irəliləyişdən məmnun olduğunu bildirib.
O, ilkin mərhələdə ABŞ və Kanadadakı filiallara diqqət yetirildiyini qeyd edib və biznesi qlobal miqyasda yenidən formalaşdırmağa çalışdıqlarını vurğulayıb. Bununla yanaşı, dəstək qruplarının strukturu və funksiyalarını təhlil etmənin vacib olduğunu əlavə edib. Lakin şirkət, ixtisarların filiallarda çalışan baristalara təsir etməyəcəyini vurğulayıb.
"Təəssüf ki, biz korporativ dəstək qruplarımızı ixtisar etməli olacağıq. Ancaq bu qərar mağazadaxili komandalarımıza və ya mağazaların iş saatlarına təsir göstərməyəcək. İxtisarlarla bağlı dəyişikləri martın əvvəlində elan edəcəyik." - deyə şirkət bildirib.