Bakı,
AzerVoice
SpaceX-in "Starship" raketi, 7-ci sınaq uçuşunda parçalanıb.
AzerVoice xəbər verir ki sosial
şəbəkələrdə yayılan görüntülərə görə, raket havaya qalxdıqdan qısa
müddət sonra kosmik gəmi ilə əlaqə kəsilib və raketin yuxarı
pilləsi parçalanıb.
Partlayış Meksika körfəzi və ya Karib dənizi üzərində baş
verib.
SpaceX-in sahibi İlon Mask, hadisə ilə bağlı "Uğur qeyri-müəyyəndir, amma əyləncəyə zəmanət verilir!" - şərhi ilə videosunu sosial mediada paylaşıb. Mask, ilkin tapıntıların gəminin mühərrikinin təhlükəsizlik divarının üstündəki boşluqda oksigen/yanacaq sızmasının təzyiq yaratmaq üçün kifayət qədər böyük olduğunu göstərdiyini bildirib. O, həmçinin raketdə bəzi dəyişikliklərin ediləcəyini və növbəti buraxılışın gələn ayda olacağına işarə edib.
Qeyd edək ki, Starship, uzun mənzilli missiyalar üçün sınaqdan keçirilir, o cümlədən Aya və daha uzaqlara kosmik missiyalar üçün nəzərdə tutulub. 7-ci sınaq uçuşu Texasın Brownsville şəhərindəki "Starbase" buraxılış meydançasından başlayıb. Raketin uğursuz sınaqdan sonra, ABŞ Federal Aviasiya İdarəsi (FAA) uçuşun uğursuz olduğunu və kosmik gəminin dağıntılarının düşdüyü bölgədə təyyarə hərəkətlərini qısa müddətə azaldıb və sonra uçuşları normal vəziyyətə saldığını açıqlayıb.