Bakı,
AzerVoice
Nobel və Dünya Ərzaq Mükafatı laureatı olan 150-dən çox alim,
qlobal aclıq böhranının qarşısını almaq və gələcək illərdə ərzaq
məhsuldarlığını artırmaq məqsədilə açıq məktub dərc ediblər.
AzerVoice xəbər verir ki, məktubda
alimlər, iqlim dəyişikliyi və əhali artımının yaratdığı
təhlükələrin daha çox müxtəlif növ qida istehsalı olmadan qarşısı
alına bilməyəcəyini vurğulayıblar.
BMT-nin iyul ayında verdiyi məlumata görə, 2023-cü ildə təxminən 733 milyon insan aclıqla üzləşəcək. Alimlər, torpağın deqradasiyası, su qıtlığı kimi mənfi amillərin daha da təsirli olacağına diqqət çəkərək, araşdırmaların gücləndirilməsini və ərzaq paylanmasının yaxşılaşdırılmasına dair çağırış ediblər.
Məktubda, 2050-ci ilə qədər dünya əhalisinin 1,5 milyard artacağı və lazımi addımlar atılmadığı təqdirdə ərzaq təminatında çatışmazlıq yaşanacağı bildirilib. Gələcək ərzaq ehtiyaclarını ödəmək üçün lazım olan həllərin hazırlana biləcəyi, məsələn, fotosintez sürətinin artırılması, kimyəvi gübrə ehtiyacı olmayan məhsulların yetişdirilməsi və meyvə-tərəvəzin saxlanma müddətinin artırılması kimi yanaşmaların üzərində işlənə biləcəyi qeyd olunub.
Fizika üzrə 2011-ci il Nobel Mükafatı laureatı Brayan Şmidt, bu
problemin tez həll edilə biləcəyini və 25 il ərzində milyardlarla
insana təsir edəcəyini bildirib. O, ABŞ kimi böyük dövlətlər və
qeyri-hökumət təşkilatlarının bu məsələdə liderlik edə biləcəyini
vurğulayıb.
NASA-nın iqlimə təsiri tədqiqatçısı Cynthia Rosenzweig isə,
alimlərin lazımi araşdırmaları apardıqlarını, lakin daha çox
maliyyə ilə daha sürətli irəliləyiş əldə oluna biləcəyini qeyd
edib.