Əsas səhifə » Təkmilləşdirilən eynək-cihaz şahmatda ən mükəmməl gedişləri göstərir

Təkmilləşdirilən eynək-cihaz şahmatda ən mükəmməl gedişləri göstərir

Bakı, AzerVoice

Nyu-Yorkda yaşayan Kolumbiya Universitetinin tələbəsi Eddy Xu şahmat dünyasında səs-küy yaradan bir innovasiyaya imza ataraq, Meta x Ray-Ban ağıllı eynəklərini təkmilləşdirib və hər zaman şahmat oyununda ən yaxşı gedişləri göstərə bilən bir cihaz hazırlayıb.

AzerVoice xəbər verir ki, Eddy Xu və tələbə yoldaşı Caden Li, bu cihazın hazırlanma prosesini izah edərkən bildiriblər ki, cihaz real şahmat taxtasının görünüşünü rəqəmsal formata çevirərək hər oyunda ən yaxşı gedişləri müəyyən edə bilir.

Eddy Xu, bu cihazın şəklini sosial media platforması X üzərindən paylaşarn zaman şəkilə Chess.com-un rəsmi hesabı “Bu, inanılmaz dərəcədə gözəl işdir” şərhləri ilə cavab verərək, tələbəni təbrik edib.

Bəzi şahmatçılar bu yeniliyi texnologiyanın şahmatdakı növbəti mərhələsi kimi dəyərləndirirlər, digərləri isə bu tip cihazların şahmatın dürüstlük prinsiplərini pozacağından narahatdırlar.

Xüsusilə, Vaşinqton Meydan Parkında şahmat oynayan yerli sakinlər belə cihazların park atmosferinə uyğun gəlmədiyini bildiriblər. Onlar düşünürlər ki, şahmat oyununda insan zəkası əsas rol oynamalıdır və belə cihazlar bu prinsipi poza bilər.

Eddy Xu-nun cihazı şahmatda həm taktiki bilikləri artırmaq, həm də oyunun sürətini artırmaq potensialına malikdir. Bununla belə, belə texnologiyaların istifadəsi etik problemlər və ədalətli oyun prinsipləri ilə bağlı müzakirələri qaçılmaz edir.

Digər Kateqoriyalar

2025 © Azervoice