Əsas səhifə » Aktau aviaqəzası: daha 2 yaralı xəstəxanadan evə buraxılıb

Aktau aviaqəzası: daha 2 yaralı xəstəxanadan evə buraxılıb

Bakı, AzerVoice

AZAL Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanmış iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb.

AzerVoice xəbər verir ki, bu barədə "24.KG" Qırğızıstanın səhiyyə nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xidmətin məlumatına görə, daha bir zərərçəkənin isə Milli hospitalın Neyrotravmalar şöbəsində müalicəsi davam etdirilir. Onun vəziyyətinin sabit olduğu və artıq gəzə bildiyi deyilir.

Xatırladaq ki, qəza nəticəsində AZAL-a məxsus Bakı-Qroznı aviareysi ilə uçan sərnişin təyyarəsinin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Digər Kateqoriyalar

2025 © Azervoice