Əsas səhifə » ABŞ vitse-prezidentinin evi yanğın-təxliyyə zonasına düşüb

ABŞ vitse-prezidentinin evi yanğın-təxliyyə zonasına düşüb

Bakı, AzerVoice

Kaliforniya ştatında davam edən güclü meşə yanğınları ilə əlaqədar ABŞ vitse-prezidenti Kamala Harrisin evi də əhalinin təxliyyə zonasına düşüb.

AzerVoice xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Məlumata görə, Harrisin evinin yerləşdiyi rayon ərazisində yanğının güclənməsi səbəbindən təxliyyə zonası elan edilib. Vitse-prezidentin özünün hal-hazırda Vaşinqtonda olduğu deyilir.

Xatırladaq ki, Kaliforniyada başlayan meşə yanğınlarının çevrəsi küləyin təsiri ilə genişlənməkdədir və hazırda 300 hektardan çox ərazini əhatə edir. Təkcə Los-Ancelesdən 30 min nəfərin təxliyyə olunmasına göstəriş verilib.

Digər Kateqoriyalar

2025 © Azervoice