Əsas səhifə » Meta fakt yoxlaması məzmun paylaşma təcrübəsinə son qoyacaq

Meta fakt yoxlaması məzmun paylaşma təcrübəsinə son qoyacaq

Bakı, AzerVoice

Facebook və Instagram-ın sahibi olan Meta şirkəti platformalarda müstəqil üçüncü tərəflərin həyata keçirdiyi "fakt yoxlaması" təcrübəsinə son verəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, şirkətin Baş İcraçı Direktoru Mark Zukerberq bildirib ki, fakt yoxlayanların qərəzli yanaşmaları və həddindən artıq senzura səbəbindən bu qərarı alıblar.

Zukerberq qeyd edib ki, Meta məzmun idarəetməsində həddindən artıq kompleks sistemlər yaradıb və bu, çoxsaylı səhvlərə səbəb olur. Şirkət, terror, uşaq istismarı və narkotik kimi mövzulara diqqət yetirməyə davam edəcək, lakin immiqrasiya və gender məsələlərinə qoyulan məhdudiyyətləri qaldıraraq , ifadə azadlığını genişləndirəcək.

Meta, "fakt yoxlaması" əvəzinə Elon Musk-ın X platformasında istifadə olunan "icma qeydləri" modelinə bənzər bir yanaşmaya keçəcək. Bu sistem istifadəçilərə postlara kontekst əlavə etməyə imkan verəcək və bir neçə ay ərzində mərhələli şəkildə tətbiq ediləcək.

Meta-nın Müşahidə Şurası yeni siyasəti dəstəkləyərək, bunun ifadə azadlığına müsbət təsir göstərəcəyinə ümid etdiklərini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice