Bakı, AzerVoice
Çinli elektrikli avtomobil istehsalçısı BYD, 2024-cü ildə
satışlarını 1,76 milyona çatdıraraq Tesla-dan sonra ən çox satılan
marka olmağa yaxınlaşıb.
AzerVoice xəbər verir ki, Dekabrda 207,734
avtomobil satan BYD, satışlarını 41 faiz artırıb. Bu artım hökumət
subsidiyaları və hibrid avtomobillərin populyarlığı ilə
əlaqələndirilir.
BYD satışlarının 90 faizi Çin bazarında həyata keçirilir və Volkswagen, Toyota kimi markaları geridə qoyub. Tesla ilə müqayisədə BYD gəlirlərini artırsa da, Tesla daha çox elektrikli avtomobil satır.
Şirkət qlobal bazarda genişlənməyə çalışır, lakin Avropa və ABŞ-da yüksək idxal rüsumları ilə üzləşir. Buna baxmayaraq, BYD-nin uğurları elektrikli avtomobil bazarında Çinin liderliyini gücləndirir.