Bakı,
AzerVoice
NASA-nın Parker Günəş Zondunun Günəşə rekord yaxınlaşması uğurla
başa çatıb.
AzerVoice xəbər verir ki, Zond, Günəş
səthinə təxminən 6,1 milyon kilometr məsafədə hərəkət edərək,
ekstremal 983 dərəcə temperatur və saatda 692 min kilometr sürətlə
hərəkət edərək öz missiyasını davam etdirir.
ABŞ Kosmik Agentliyi, Milad günü axşam kosmik gəmidən siqnal alındığını və onun sağlam və normal fəaliyyət göstərdiyini açıqlayıb. Zondun təcrübələri və missiya nəticələri haqqında daha ətraflı məlumatın yanvarın 1-də göndərilməsi gözlənilir.
Missiyanın əsas məqsədləri,günəşin səthində maddənin milyonlarla dərəcə qızdırılmasının səbəbini öyrənmək və günəş küləyinin mənşəyini və enerjili hissəciklərin işıq sürətinə yaxın sürətlərə necə çatdığını anlamaqdır.
Parker Günəş Zondunun bu missiyası Günəşin enerji mənbəyini araşdırmaq üçün unikal imkanlar təqdim edir. 2018-ci ildə orbitə buraxılan zond, Veneranın cazibə qüvvəsindən yararlanaraq, Günəşə hər keçidində daha yaxın orbitə daxil olur. İlk dəfə 2021-ci ildə Günəş atmosferinə daxil olan zond, tacın sərhədləri ilə bağlı mühüm kəşflər etmişdi.
Elm adamları ümid edirlər ki, bu missiya Günəşin gücü ilə bağlı bir çox sirri ortaya çıxaracaq və kainat haqqında anlayışımızı genişləndirəcək.