83
Bakı,AzerVoice
Proqram üç il əvvəl monetizasiya modelinə keçdikdən sonra ilk dəfə qazanc əldə edib və bu qazanc 1 milyard dollardan çoxdur.
AzerVoice xəbər verir ki, bu barədə Telegram-ın təsisçisi və Baş İcraçı Direktoru (CEO) Pavel Durov bildirib.
Durov Telegram-da etdiyi yazılı açıqlamada bu il Telegram Premium istifadəçilərinin sayının üç dəfə artaraq 12 milyonu keçdiyini bildirib.
Durov həmçinin Telegram-ın reklam gəlirlərinin də artdığına diqqət çəkib.
Dünyanın məşhur ani mesajlaşma və sosial media proqramlarından biri olan Telegram-ın aylıq aktiv istifadəçilərinin sayı 900 milyon nəfərə çatıb.