Bakı, AzerVoice
ABŞ Ali Məhkəməsi TikTok-un qadağan edilməsinə qarşı qaldırdığı hüquqi etirazları dinləməyə razılıq verib.
AzerVoice xəbər verir ki, TikTok və ana şirkəti ByteDance, ABŞ hökumətinin milli təhlükəsizlik riski arqumentini rədd edərək, bu qərarın ifadə azadlığına zidd olduğunu bildirib.
Belə ki, ABŞ hökuməti TikTok-un Çin hökuməti ilə əlaqələri olduğu iddialarına görə platformanı ya qadağan etməyi, ya da ABŞ-lı bir şirkətə satılmasını tələb edir.
Bununla belə, Ali Məhkəmə TikTok və ByteDance-ə yanvarın 10-da müdafiə arqumentlərini təqdim etmə imkanı yaradıb.
TikTok, qərarın konstitusiyaya zidd olduğunu iddia edir və ABŞ-dakı 170 milyondan çox istifadəçisinin ifadə azadlığı hüquqlarına zərər verəcəyini vurğulayıb.
Richmond Universitetinin hüquq professoru Karl Tobiasın sözlərinə görə, bu münaqişə milli təhlükəsizlik və ifadə azadlığı arasında ciddi bir hüquqi dilemma yaradır.şdıraraq detallı araşdırma aparacaq.
Qeyd edək ki, TikTok-un gələcəyi yalnız hüquqi proseslərdən deyil, eyni zamanda siyasi mühitdən də təsirlənir. ABŞ-ın keçmiş prezidenti Donald Trampın platformanın müdafiəsinə dair mövqe nümayiş etdirdiyi bildirilib. Bununla yanaşı, Konqres və Ağ Ev isə TikTok-un milli təhlükəsizlik riski yaratdığı fikrində israrlıdır.
Senatın yüksək səviyyəli respublikaçısı Mitch McConnell da, Ali Məhkəməyə TikTok-un iddialarını rədd etməyi tövsiyə edərək, bu arqumentləri əsassız adlandırıb.
Eyni zamanda, qeyri-hökumət təşkilatları TikTok-u dəstəkləyərək, platformanın milyonlarla insanın ünsiyyət qurmaq, məlumat əldə etmək və özünü ifadə etmək üçün əsas vasitə olduğunu əsas gətirirlər.