Əsas səhifə » Divani Lüğat-it-Türkün 950 illik yubileyi YUNESCO siyahısına daxil edilib

Divani Lüğat-it-Türkün 950 illik yubileyi YUNESCO siyahısına daxil edilib

Bakı, AzerVoice

Divani Lüğat-it-Türkün 950 illik yubileyi YUNESCO-nun yubileylər siyahısına daxil edilib

AzerVoice xəbər verir ki, Mahmut Kaşğarinin "Divani Lüğat-it-Türk" əsərinin 950 illik yubileyi Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESCO) tərəfindən 2024-2025-ci illər üçün yubileylər siyahısına daxil edilib.

Türk Mədəniyyəti və İrsi Fondunun açıqlamasında bildirilib ki, 11-ci əsrin ikinci yarısında Mahmut Kaşğari tərəfindən türk dilini öyrətmək məqsədilə yazılmış bu ensiklopedik lüğət, türk dilinin zənginliyini və mədəniyyətinin hikmətini özündə cəmləşdirir.

Açıqlamada vurğulanıb ki, bu qərar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ortaq təklifi və Macarıstan, Mavritaniya, Mərakeş, Qətər və Tacikistanın dəstəyi ilə qəbul edilmişdir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ,"Divani Lüğat-it-Türk sadəcə bir lüğət deyil, türk dillərinin zənginliyinin, türk adət-ənənələrinin hikmətinin və türk mədəniyyətinin canlılığının əksidir. Bu yubiley təkcə anım tədbiri deyil, həm də qloballaşan dünyada türk irsinin və qeyri-maddi mədəniyyətinin qorunması istiqamətində səylərin artırılması üçün bir çağırışdır". - deyə bildirib.

Digər Kateqoriyalar

2024 © Azervoice