Bakı, AzerVoice
İsrailin baş naziri Benyamin Netanyahu, Suriyanın Colan təpələri haqqında “Colan bizimdir və hər zaman bizim olacaq” deyib.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, Netanyahu Qüdsdə keçirdiyi mətbuat konfransında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa 2017-2021-ci illər arasında ilk səlahiyyət müddətində Colanın ilhaq prosesini tanıdığı üçün təşəkkür etdiyini bildirib
“Colan əbədi olaraq İsrail dövlətinin bir hissəsi olacaq. Colan təpələrinə nəzarətimiz təhlükəsizliyimizə zəmanət verir” dedi. “Bu, bizim suverenliyimizə zəmanət verir”-deyə o bildirib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan
Düjarrik bazar ertəsi günü bəyan edib ki, İsrail qüvvələrinin
İbrani dövləti tərəfindən işğal olunmuş Suriyanın Qolan
bölgəsindəki bufer zonasına irəliləməsi İsrail və Suriya arasında
1974-cü ildə imzalanmış döyüşlərdən ayrılma sazişinin
pozulmasıdır.
Düjarrik deyib ki, Birləşmiş Millətlər Təşkilatının qüvvələri
qarşıdurmaya nəzarət etmək vəzifəsini daşıyır: “ İsrailli
həmkarlarına məlumat verib ki, bu hərəkətlər 1974-cü il tarixli
silahlı qüvvələrin dağılmasına dair razılaşmanın pozulmasıdır”-deyə
Düjarrik deyib.
Qəzza zolağına gəlincə, İsrailin baş naziri Qəzza zolağında müharibəni “indi” dayandırmayacağını vurğulayıb.
“Əgər biz bu müharibəni indi dayandırsaq, HƏMAS geri qayıdacaq, ayağa qalxacaq, özünü bərpa edəcək və yenidən bizə hücum edəcək”-deyə o qeyd edib.