Əsas səhifə » ABŞ Roma Papasının atəşkəs təklifini rədd edib

ABŞ Roma Papasının atəşkəs təklifini rədd edib

Bakı, AzerVoice

Amerika Birləşmiş Ştatlarının hakimiyyəti Roma Papası Fransiskin bütün münaqişə zonalarında atəşkəs çağırışını rədd edib və onu dəstəkləmədiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Miller qeyd edib ki, ABŞ münaqişələrin dayandırılmasını və həllini dəstəkləyir:

"Biz münaqişələrin dayandırılmasını və həll olunmasını istəyirik. Lakin bu, hər bir halda dərhal atəşkəs demək deyil".

Xatırladaq ki, bundan əvvəl Roma Papası Fransisk Yaxın Şərqdəki katoliklərə ünvanladığı məktubda beynəlxalq birliyin bölgədəki münaqişələri həll edə bilməməsini vurğulamışdı.

Digər Kateqoriyalar

2024 © Azervoice