7
Bakı, AzerVoice
İslandiyanın cənub-qərbində, Reykjanes yarımadasında yerləşən vulkan bu il 7-ci dəfə püskürüb.
AzerVoice xəbər verir ki, İslandiya Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, Reykjanes yarımadasındakı vulkan dünən yenidən püskürüb.
Açıqlamada partlayışdan sonra vulkanın ətrafında intensivliyi avqust ayına nisbətən daha az olan 3 kilometr uzunluğunda çatın əmələ gəldiyi qeyd edilib və hadisənin hava yolları üçün təhlükə yaratmadığı paylaşılıb.
Səlahiyyətlilər Grindavik şəhəri də daxil olmaqla bəzi ərazilərdə qaz emissiyaları ilə bağlı xəbərdarlıq edib.
Digər tərəfdən, ərazidəki 50-yə yaxın sakin təxliyə edilib.