Bakı, AzerVoice
İngiltərədə 16 yaşdan kiçiklərə sosial media qadağası müzakirə edilir
AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya üzrə Dövlət Naziri Peter Kyle açıqlama verib
Uşaqların internetdə təhlükəsizliyini təmin etmək məqsədilə 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsi hazırda ölkə gündəmindədir.
Nazir qeyd edib ki, sosial media qadağası mövcud variantlardan biridir, lakin məcbur olmadıq bunun tətbiq edilməyəcəyini vurğulayıb.
Onlayn Təhlükəsizlik Qanunu, gələn ildən etibarən qüvvəyə minəcək və Rabitə Ofisi (Ofcom) bu qanunun icrasına cavabdeh olacaq. Kyle, texnologiya şirkətlərinə qarşı daha sərt tədbirlərin görülməsi üçün Ofcom-un qərarlılıq nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Nazir əlavə edib ki, 16 yaşdan kiçiklər üçün sosial medianın məhdudlaşdırılması məsələsi ilə bağlı Avstraliya siyasətçiləri ilə də müzakirələr aparılır. "Onlayn mühitdə uşaqların təhlükəsizliyi hökumətimizin prioritetidir," deyə Kyle qeyd edib. Bundan əlavə, smartfonların uşaqlara təsirinin geniş bir araşdırma vasitəsilə qiymətləndiriləcəyini bildirib.
Qeyd edək ki, sosial mediada zorakılığa məruz qaldıqdan sonra intihar edən Molly Rose-un ailəsi tərəfindən yaradılmış olan fond Molly Rose Foundation da Kaylın bu mövqeyini dəstəkləyib.