Bakı, AzerVoice
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) növbəti dəfə kütləvi ixtisarlara məruz qalır. Bu dəfə Kaliforniyadakı məşhur Jet Propulsion Laboratory (JPL) işçi qüvvəsinin azaldılmasından ən çox təsirlənən bölmə olub.
AzerVoice xəbər verir ki, JPL çərşənbə axşamı 325 işçisi ilə yollarını ayıracağını açıqlayıb.
Bu rəqəm laboratoriyanın ümumi işçi qüvvəsinin təxminən 5 faizinə uyğundur. Bu il ikinci dəfə belə bir addım atan JPL fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarıb.
JPL direktoru Laurie Leshin işçilərə yazdığı xatirədə bunları söyləyib:
"Ümid edirdim ki, bu mesajı yazmalı olmayacaqdım. Bununla belə, azaldılmış büdcələrə və qarşıdakı iş yükü proqnozlarına əsaslanaraq, biz bütün miqyasda qənaət tətbiq etməli olduq və siz bunun təsirini ixtisarlarda görəcəksiniz."- deyə bildirib.