228
Bakı, AzerVoice
2024 ABŞ prezident seçkilərindən sonra İlon Maskın X platformuna rəqib kimi ortaya çıxan Bluesky sürətlə populyarlıq qazanıb.
AzerVoice xəbər verir ki, Bluesky, son dövrlərdə 1,25 milyon yeni istifadəçi cəlb edərək ümumi istifadəçi sayını 15 milyona çatdırıb.
Artımın əsas səbəbi olaraq X platformasından ayrılan istifadəçilərin Bluesky-ə keçidi göstərilir.
İstifadəçilər, Maskın Donald Trampı dəstəkləməsi və onunla əməkdaşlıq etməsini etiraz edərək Bluesky-ə yönəlirlər.