Əsas səhifə » ChatGPT artıq kompüterlərdən də danışa biləcək

ChatGPT artıq kompüterlərdən də danışa biləcək

Bakı, AzerVoice

OpenAI, masaüstü kompüter istifadəçiləri üçün ChatGPT platformasında Qabaqcıl Səs Modu (AVM) funksiyasını istifadəyə verib.

AzerVoice xəbər verir ki, yeni funksiya, PC və Mac istifadəçilərinə ChatGPT ilə real vaxtda danışmağa və daha təbii ünsiyyət qurmağa imkan verir.

OpenAI-nin açıqlamasına görə, bu xüsusiyyət səsli ünsiyyəti asanlaşdırır və daha interaktiv söhbət təcrübəsi yaradır.

Qabaqcıl Səs Modu OpenAI-nin ən son GPT-4o infrastrukturuna əsaslanaraq işləyir və istifadəçilərə ChatGPT ilə fasiləsiz, təbii bir söhbət imkanı təqdim edir. ChatGPT, danışıq əsnasında səs tonundakı emosiyaları aşkar edərək uyğun cavablar verə bilir, bu da söhbətin insanla edilən bir danışıq kimi hiss etdirir.

Bu xüsusiyyət ilk dəfə iyul ayında beta istifadəçilərinə təqdim edilmiş və sentyabr ayında ödənişli abunəçilərin istifadəsinə açılmışdır.

OpenAI, Avropadakı pulsuz istifadəçilər üçün səsli ünsiyyət xüsusiyyətində məhdud bir önizləmə təqdim etməyi planlaşdırır və tezliklə bu funksiyanın daha geniş istifadəçi kütləsinə açılacağını bildirir.

Bu xüsusiyyətin istifadəyə verilməsi OpenAI-nin süni intellekt dəstəkli ünsiyyətdə yeni bir standart yaratmasını təmin edib. Belə ki, Meta, Google kimi rəqibləri də bənzər xüsusiyyətləri inkişaf etdirməyə təşviq edib. Həmçinin OpenAI, istifadəçilərin əvvəlki söhbətlərini axtarıb tapmalarına imkan verən söhbət tarixçəsi axtarış funksiyasını da elan edib ki, bu da istifadəçilərə qaldıqları yerdən davam etmək imkanı verir.

Digər Kateqoriyalar

2024 © Azervoice