10
BAKI, AzerVoice
Böyük Britaniya Suriyanın Müdafiə və Daxili İşlər nazirlikləri və kəşfiyyat qurumlarına tətbiq edilən sanksiyaları aradan qaldırıb.
AzerVoice xəbər verir ki, Böyük Britaniya, həmçinin bir sıra kəşfiyyat orqanlarına əvvəllər tətbiq etdiyi aktivlərin dondurulması qərarını ləğv edib.
Xatırladaq ki, Suriyada müxalif qüvvələr, xüsusilə də "Heyət Təhrir əş-Şam"ın rəhbərliyi altında fəaliyyət göstərən müxalifət, ötən ilin dekabr ayında uzun illər davam edən vətəndaş müharibəsindən sonra Bəşşar Əsədi devirmişdi.