Əsas səhifə » Biz olmasaydıq Kanada da olmazdı - Tramp

Biz olmasaydıq Kanada da olmazdı - Tramp

BAKI, AzerVoice

Kanada ABŞ-nin dəstəyi olmadan mövcudluğunu davam etdirə bilməz.

AzerVoice xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald tramp bildirib.

“Əgər ABŞ Kanadadan mal almasaydı, Kanada bir dövlət olaraq mövcudluğunu itirərdi. Dürüst danışmaq lazımdır, Kanada dövlət olaraq, bizim sayəmizdə mövcudluğunu qoruyur” - deyə, Tramp qeyd edib.

Tramp bir daha vurğulayıb ki, ABŞ-nin Kanadadan heç bir şeyə – nə avtomobilə, nə də neftə ehtiyacı yoxdur.

“Əslində biz istəmirik ki, Kanada bizim üçün avtomobil istehsal etsin. Öz avtomobilimizi özümüz istehsal etmək istəyirik” - deyə Tramp bildirib.

Xatırladaq ki, Tramp daha öncə də iqtisadi təzyiq vasitəsilə Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək fikrini dilə gətirmişdi. Son həftələrdə Tramp Kanadanı 51-ci ştata çevirmək fikrindən geri çəkilib və keçən ay yeni baş nazir Mark Karni ilə telefon danışığından sonra bu fikri artıq səsləndirmir. Bununla belə, o, avtomobil idxalına tətbiq olunan rüsumların artırıla biləcəyinə işarə edib.
Hazırda Tramp Kanada və Meksika ilə ABŞ arasında bağlanmış Ticarət Sazişi çərçivəsində müəyyən istisnalar olsa da, avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq edir. Avtomobil istehsalçıları isə bu yükü azaltmaq üçün əlavə siyasi dəyişikliklərə nail olmağa çalışırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice