BAKI,AzerVoice
Bu gün əminliklə deyə bilərəm ki, Rusiya Prezidenti Vladimir Putini ABŞ prezidenti Donald Trampdan başqa heç kim dayandıra bilməz.
AzerVoice xəbər verir ki, bu sözləri Polşa prezidenti Ancey Duda deyib.
O, bildirib ki, Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşması hər iki tərəfdən, xüsusilə də Ukraynadan ağrılı güzəştlər tələb edəcək.
Polşa lideri sülhün yalnız qarşılıqlı güzəştlərə əsaslana biləcəyini və bu güzəştlərin heç bir tərəf üçün asan olmayacağını bildirib. Onun fikrincə, sülh razılaşması hər iki tərəfin heç nə qazanmadan münaqişədən çəkildiyi təəssüratını yaratmalıdır.
Duda əlavə edib ki, Rusiya bu müharibədə zəifləyir, Putin isə riskli bir oyun oynayır. O, həmçinin Amerikanın təzyiqlərinin yeganə təsirli sülh vasitəsi ola biləcəyini qeyd edib.
Donald Trampın diplomatik yanaşmasına da toxunan Duda, onun sərt siyasət yürütməsinin gözlənilən olduğunu və ABŞ-ın maraqlarını qorumağa yönəldiyini bildirib.
Qeyd edək ki, Tramp administrasiyası ABŞ-ın sülh təkliflərindən birinin Krımın Rusiyaya birləşdirilməsini tanımaq olduğu bildirib. Tramp bu təklifi rədd edən Ukrayna Prezidenti Volodimir Zelenskini münaqişəni uzatmaqda ittiham edib. Zelenski isə verdiyi açıqlamada Ukraynanın heç bir ərazisini güzəştə bəyan edib.