Əsas səhifə » Pakistan və Hindistan arasında siyasi böhran gərginləşir

Pakistan və Hindistan arasında siyasi böhran gərginləşir

BAKI, AzerVoice

Pakistan Hindistanla bağlanmış bütün ikitərəfli sazişlərin, o cümlədən üçüncü Hindistan-Pakistan müharibəsinin nəticəsi olaraq imzalanmış 1972-ci il Simla Sazişinin də fəaliyyətini dayandırır.

AzerVoice xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin Katibliyinin Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir.

“Pakistan, Hindistanın beynəlxalq konvensiyalara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq öhdəliklərə özbaşına məhəl qoymayan məsuliyyətsiz və düşüncəsiz davranışını nəzərə alaraq, Hindistan ölkə daxilində terrorizmi alovlandırmaq, transmilli qətllər törətmək və beynəlxalq hüquqla yanaşı, BMT-nin Kəşmirlə bağlı qətnamələrini pozmağı dayandırana qədər Hindistanla bağlanmış bütün ikitərəfli sazişlərin fəaliyyətini dayandırmaq hüququndan istifadə etməlidir” – deyə, bəyanatda qeyd olunub.

Bununla yanaşı, Pakistan, Hindistanla sərhəddə yerləşən Vaqah nəzarət-buraxılış məntəqəsini və Hindistanın aviaşirkətləri üçün hava məkanını da bağlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice