Əsas səhifə » Pakistan Hindistan aviaşirkətləri üçün hava məkanını bağlayıb

Pakistan Hindistan aviaşirkətləri üçün hava məkanını bağlayıb

BAKI, AzerVoice

Pakistan, Hindistanın aviaşirkətləri üçün hava məkanını bağlayır.

AzerVoice xəbər verir ki, bu qərar Pakistanın Milli Təhlükəsizlik Şurasının iclasında qəbul olunub.

Pakistan, həmçinin, Hindistanla sərhəddə yerləşən Vaqah nəzarət-buraxılış məntəqəsini də bağlayır.

“Pakistan Vaqah nəzarət-buraxılış məntəqəsi dərhal bağlamalıdır. Bu marşrut üzrə Hindistandan keçən bütün sərhəd tranziti istisnasız şəkildə dayandırılmalıdır. Etibarlı icazə sənədləri ilə sərhədi keçmiş şəxslər bu məntəqədən yalnız aprelin 30-na qədər geri dönə bilərlər. Pakistanın hava məkanı Hindistana məxsus və ya hindlərin idarə etdiyi bütün aviaşirkətlər üçün dərhal bağlanacaq,” – deyə, Təhlükəsizlik Şurası iclasından sonra verilən açıqlamada bildirilib.

Digər tərəfdən Hindistan hökuməti, Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq və daha əvvəl verilmiş sənədləri aprelin 27-dən etibarən ləğv etmək qərarına gəldiyini bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice