BAKI, AzerVoice
Çin "Tienqonq" kosmik stansiyasına yeni taikonavt heyəti göndərib.
AzerVoice xəbər verir ki, Çinin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) yaydığı məlumata əsasən, taikonavtlar Çınq Donq, Çınq Conqrui və Vanq Cieni daşıyan “Şıncou-20” (Xinzhou-20) kosmik gəmisi Qobi səhrasında yerləşən Ciuçüen Peyk Mərkəzindən “Long March 2F” raketi ilə orbitə buraxılıb.
Yeni heyət Tienqonq (Səma Sarayı) Kosmik Stansiyasında altı ay xidmət etmiş əvvəlki taikonavt qrupunu əvəz edəcək. Missiyanın komandiri, 46 yaşlı təcrübəli taikonavt Çınq Donq daha əvvəl “Şıncou-11” və “Şıncou-13” missiyalarında iştirak edib. Digər heyət üzvləri Çınq Conqrui və Vanq Cie isə ilk dəfə insanlı kosmik uçuş həyata keçirirlər.
Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Kosmik Stansiya proqramında Çinin iştirakını qadağan etməsindən sonra Pekin öz orbit stansiyası olan Tienqonqu inşa edib. Rusiyanın keçmiş “Mir” stansiyasının modelinə əsasən qurulan bu obyekt artıq "T" formalı əsas konstruksiyası ilə tam fəaliyyət mərhələsinə keçib. Stansiya gələcəkdə "Şüntien" adlı kosmik teleskopla da təchiz ediləcək.
Çinin kosmosdakı bu uğuru ölkənin artan texnoloji gücünü və müstəqil kosmik proqram ambisiyalarını bir daha nümayiş etdirir.