Əsas səhifə » Hindistan Pakistan vətəndaşlarına vizaların verilməsini dayandırıb

Hindistan Pakistan vətəndaşlarına vizaların verilməsini dayandırıb

BAKI, AzerVoice

Hindistan hökuməti Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq və daha əvvəl verilmiş sənədləri aprelin 27-dən etibarən ləğv etmək qərarına gəlib.

AzerVoice xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Paxalqamda baş vermiş terror aktından sonra Nazirlər Kabinetinin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların davamı olaraq, Hindistan hökuməti Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq qərarına gəlib” – deyə, məlumatda bildirilir.

“Hindistan tərəfindən Pakistan vətəndaşlarına verilmiş bütün mövcud vizalar 27 aprel 2025-ci ildən etibarən ləğv edilir” – deyə, nazirlik əlavə edib.

Qeyd edək ki, aprelin 22-də Cammu və Kəşmir ərazisində silahlı döyüşçülərdən ibarət bir qrup hərbi geyimdə Pahalqam bölgəsində turistlərə atəş açıb. Şahidlərin sözlərinə görə, hücum təxminən 20 dəqiqə davam edib. Şahidlər bildiriblər ki, silahlılar məqsədyönlü və planlı şəkildə hərəkət ediblər.

Hadisə nəticəsində 26 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Digər Kateqoriyalar

2025 © Azervoice