BAKI,AzerVoice
Fransa, Almaniya, Böyük Britaniya və Ukrayna, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə dair sülh planına dəstəklərini bir daha ifadə ediblər.
AzerVoice xəbər verir ki, Londonda keçirilən görüşdə Ukraynanı Prezident Administrasiyasının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andrii Sybiha və müdafiə naziri Rüstem Umerov təmsil edib.
Toplantı Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 ölkələri ilə ABŞ və Ukrayna nümayəndələri arasında baş tutub.
Görüşün uğurlu keçdiyi və gələcək addımlarda ortaq razılığa gəlmək istiqamətində irəliləyiş əldə olunduğu qeyd olunub. Tərəflər, həmçinin yaxın koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, ötən həftə Parisdə keçirilən görüşdə də eyni məsələlər müzakirə olunub, növbəti görüşün Londonda keçiriləcəyi elan edilib.