Əsas səhifə » ABŞ ştatları Trampın iqtisadi qərarlarını məhkəməyə verir

ABŞ ştatları Trampın iqtisadi qərarlarını məhkəməyə verir

BAKI, AzerVoice

ABŞ-ın 12 ştatı Tramp administrasiyasını tarif siyasətinə görə məhkəməyə verib

AzerVoice xəbər verir ki, ABŞ-ın 12 ştatı prezident Donald Trampın tətbiq etdiyi yüksək tariflərin qeyri-qanuni olduğunu iddia edərək, administrasiyaya qarşı Nyu Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsində iddia qaldırıb.

CNN-in məlumatına görə, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Nyu-York, Oreqon və Vermont ştatları Tramp administrasiyasının gömrük tariflərini qanunsuz hesab edərək, onların dayandırılmasını tələb edir. İddiada bu tariflərin Amerika iqtisadiyyatına xaos gətirdiyi və konstitusiya sistemini pozduğu qeyd olunub.

Nyu Yorkun baş prokuroru Letitia James bildirib ki, Tramp tariflərin qiymətləri aşağı salacağını vəd etsə də, bu siyasət əks təsir yaradaraq inflyasiya və iqtisadi zərər doğurub. James əlavə edib ki, tariflər davam edərsə, daha çox işsizlik və iqtisadi qeyri-sabitlik müşahidə ediləcək.

Qeyd edək ki, Kaliforniya da ötən həftə oxşar səbəblərlə Tramp administrasiyasına qarşı iddia qaldırmış və bu tariflərin ştata düzəlməz zərər verdiyini bildirmişdi.
Tramp administrasiyası aprelin 2-də bəyan etmişdi ki, ABŞ-ın digər ölkələrə qarşı fərqli səviyyəli qarşılıqlı tariflər tətbiq olunacaq. Çin məhsullarına 145 faizədək gömrük rüsumu tətbiq edildiyi halda, digər ölkələrə yönəlmiş tariflər 90 gün müddətinə dayandırılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice