BAKI, AzerVoice
Amerika Birləşmiş Ştatları Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarını birtərəfli şəkildə azaltmaq niyyətində deyil.
AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
Məlumatda bildirilib ki, Vaşinqton, əvəzində Pekindən ABŞ məhsullarına tətbiq olunan rüsumların azaldılmasını və ticarət maneələrinin aradan qaldırılmasını gözləyir.
“Çin üçün birtərəfli rüsum endirimi nəzərdə tutulmur. Prezident Donal Tramp açıq şəkildə bildirib ki, Çin ABŞ ilə bir razılaşma əldə etməlidir və biz bunun baş verəcəyinə dair çox nikbinik. Rüsumların necə olacağına qərarı Prezident verir, amma biz mütləq şəkildə Çindən rüsumların və ticarət baryerlərinin azaldılmasını gözləyirik” - deyə, Livitt "Fox News"a müsahibəsində bildirib.