BAKI, AzerVoice
“Çinə sərt oynamayacağıq, amma razılaşmalı olacaqlar”
AzerVoice xəbər verir ki, ABŞ
prezidenti Donald Tramp Çinlə ticarət münasibətlərində
gərginliklərə baxmayaraq, “Çinə qarşı sərt oynamayacağam” mesajı
verib.
O, tarif siyasətində daha yumşaq yanaşma göstərəcəklərini, lakin
Pekinin sonda ABŞ-la razılaşmağa məcbur olacağını bildirib.
Oval Ofisdə keçirilən andiçmə mərasimində danışan Tramp, “Çinlə təmaslarımız davam edir. Biz çox mülayim olacağıq, onlar da mülayim davranacaqlar. Nə olacağını görəcəyik. Amma axırda onlar razılaşmalı olacaqlar. Əks halda ABŞ-la iş görə bilməyəcəklər” – deyə vurğulayıb.
Qeyd edək ki, Tramp Çinlə hazırda mövcud olan tarif dərəcələrinin yüzdə 145-də qalmasının mümkün olmadığını desə də, bu göstəricinin sıfıra enməyəcəyini də əlavə edib. Prezident, Çinlə münasibətlərin şəxsi səviyyədə yaxşı olduğunu vurğulayaraq , “Prezident Xi ilə əla münasibətimiz var, lakin onlar Birləşmiş pekinŞtatlardan milyardlarla dollar qazanaraq öz ordularını gücləndirirlər. Bu, davam edə bilməz” - deyə qeyd edib.