11
BAKI, AzerVoice
İran və ABŞ arasında aprelin 23-ə planlaşdırılmış ekspertlər səviyyəsində danışıqlar aprelin 26-na təxirə salınıb.
AzerVoice xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyi məlumat verib.
Xatırladaq ki, aprelin 19-da Romada İranla ABŞ arasında Tehran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli məqsədilə, Oman vasitəçiliyi ilə, dolayı danışıqların ikinci mərhələsi keçirilib.
ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Seyid Abbas Araqçi rəhbərlik edib. Texniki səviyyədə aparılacaq məsləhətləşmələrdən sonra Araqçi və Uitkoffun növbəti görüşü aprel 26-də keçiriləcək.