Əsas səhifə » ABŞ İsraillə eyni mövqedədir - Tramp

ABŞ İsraillə eyni mövqedədir - Tramp

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahuyla keçirdiyi telefon danışığından sonra bütün məsələlərdə eyni mövqedə olduqlarını bəyan edib.

AzerVoice xəbər verir ki, bu barədə Tramp, Truth Social sosial şəbəkəsində verdiyi açıqlamada bildirib.

“Az əvvəl İsrail Baş naziri Benyamin Netanyahu ilə bir çox mövzunu müzakirə etdik. Onunla bütün məsələlərdə eyni tərəfdəyik” - deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, bu telefon danışığı ilə bağlı Ağ Ev tərəfindən daha geniş açıqlamanın verilməsi gözlənilir.

Xatırladaq ki, Tramp aprelin 18-də verdiyi açıqlamada, İsrailin İranın nüvə obyektlərinə mümkün bir hücum planını təxirə salmadığını, lakin bu mərhələdə bu məsələ ilə bağlı tələskənlik göstərmədiyini bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice