BAKI, AzerVoice
ABŞ iki fiziki və on iki hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bəyanat yayıb.
Vaşinqtonun versiyasına görə, bu şəxslər İranın mayeləşdirilmiş neft qazının (propan və butan qarışığı – LNG) daşınmasına görə məsuliyyət daşıyırlar.
“Bu gün Birləşmiş Ştatlar iranlı vətəndaş Səyyid Əsədullah Emamcomih və onun LNG şəbəkəsinə qarşı sanksiyalar tətbiq edir. Onlar İranın LNG və neftini yüz milyonlarla dollar dəyərində xarici bazarlara ixrac edirlər. Bu gəlirlər İranın zərərli fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə olunur – xüsusilə nüvə proqramı, ballistik raketlərin hazırlanması və terrorçu qruplaşmaların dəstəklənməsi üçün.
O da məlumdur ki, İran şirkətləri sanksiyalardan yayınmaq və məhsullarını xarici müştərilərə satmaq üçün daimi olaraq öz şəbəkələrini yenidən qururlar. Birləşmiş Ştatlar, rejimin sabitliyi pozan davranışlarını maliyyələşdirən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir,” – deyə o əlavə edib.” – deyə, Temmi Bryusun yaydığı bəyanatda bildirilib.