21
BAKI, AzerVoice
Filippin sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb
AzerVoice xəbər verir ki, Filippinin
cənubundakı Mindanao bölgəsinin sahillərində 6,2 bal gücündə
zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri
Talaud adaları yaxınlığında, Pondaguitan sahillərindən təxminən 269
kilometr uzaqlıqda yerləşib.
Zəlzələ 117 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində indiyədək can və ya əmlak itkisi ilə bağlı məlumat verilməyib və sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, Filippin yüksək seysmik aktivliyə malik zonada — Sakit okeanın “Alov halqası”nda yerləşir və bu səbəbdən zəlzələlər burada tez-tez baş verir.