BAKI,AzerVoice
ABŞ Prezidenti Donald Tramp, Krımın Rusiya ərazisi kimi tanınıb-tanınmayacağı ilə bağlı sualı cavablandırıb.
AzerVoice xəbər verir ki, Tramp mövzu ilə bağlı geniş açıqlamanı üç gün ərzində verəcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ administrasiyası tərəfindən hazırlanan sülh planı çərçivəsində, Ukraynaya Krımı Rusiya ərazisi kimi tanımaq təklifinin verildiyi ortaya çıxıb.
ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən nümayəndəsi bu tələb və digər bəndlərin “potensial müzakirə variantları” siyahısında yer aldığını bildirib.
Vaşinqton administrasiyası Krımın Rusiya torpağı kimi tanınması ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
Trampın bu mövzu ilə bağlı edəcəyi açıqlama, həm ABŞ daxili siyasətində, həm də beynəlxalq münasibətlərdə əhəmiyyətli rezonans doğura bilər.