BAKI, AzerVoice
Norveç kraliçası Sonja tənəffüs problemi səbəbilə xəstəxanaya yerləşdirilib.
AzerVoice xəbər verir ki, Norveçin 87 yaşlı kraliçası Sonja Haraldsen tənəffüs problemi yaşadığı üçün Oslodakı xəstəxanaya yerləşdirilib.
Kraliça Pasxa bayramını kral V Harald ilə birgə keçirdiyi Sikkilsdalendəki kral dağ evində nəfəs almaqda çətinlik çəkib və dərhal tibbi vertolyotla xəstəxanaya aparılıb.
Kral Sarayının yaydığı rəsmi açıqlamada bildirilib ki, Kraliçanın səhhətinə nəzarət olunur və müvafiq müalicə tədbirləri görülür.
Qeyd edək ki, Kraliça Sonja bu ilin yanvar ayında da sürətli və nizamsız ürək döyüntülərinə səbəb olan ürək fibrilasiyası səbəbindən qısa müddətə xəstəxanada müalicə almış və uğurlu əməliyyatdan sonra ona ürək stimulyatoru quraşdırılmışdı.