Əsas səhifə » İstənilən nüvə sazişi iqtisadi maraqlarımızın qorunmasına əsaslanmalıdır - İran XİN

İstənilən nüvə sazişi iqtisadi maraqlarımızın qorunmasına əsaslanmalıdır - İran XİN

BAKI, AzerVoice

Gələcəkdə mümkün ola biləcək istənilən nüvə sazişi İranın iqtisadi maraqlarını qorumağa, güclü nəzarət və yoxlama mexanizmlərinə, eləcə də Tehranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini təmin edəcək zəmanətlərə əsaslanmalıdır.

AzerVoice xəbər verir ki, bu haqda İranın xarici işlər naziri Abbas Araqçi Karnegi Beynəlxalq Nüvə Siyasəti Konfransındakı çıxışında bildirib. Çıxışı konfransdan çıxarılsa da, mətni BMT-dəki İran nümayəndəliyi vasitəsilə yayılıb.

"ABŞ-la danışıqlar yalnız sanksiyaların ləğvi və nüvə məsələsi üzərində cəmləşməlidir. Belə zorakı və qeyri-sabit bir bölgədə İran heç vaxt öz təhlükəsizliyini danışıqlar mövzusuna çevirməz" - deyə, Araqçi qeyd edib.

"Əgər beynəlxalq nüvə silahlarının yayılmasının qarşısı alınmalıdırsa, bütün tərəflər, xüsusilə nüvə silahlarına sahib ölkələr, öz öhdəliklərinə əməl etməlidirlər" - deyə Araqçi əlavə edib.

Qeyd edək ki, 2025-ci il Karnegi Beynəlxalq Nüvə Siyasəti Konfransı – nüvə proqramları və qlobal nüvə siyasətlərinin müzakirə olunduğu, Karnegi Beynəlxalq Sülh Fondu tərəfindən təşkil edilən tədbirdir. Konfransda diplomatlar və ekspertlər iştirak edir.

Digər Kateqoriyalar

2025 © Azervoice