Əsas səhifə » Putin Zelenski ilə görüşün mümkün olduğunu açıqlayıb

Putin Zelenski ilə görüşün mümkün olduğunu açıqlayıb

BAKI, AzerVoice

Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ilk dəfə birbaşa görüşə hazır ola biləcəklərini bildirib.

AzerVoice xəbər verir ki, Putin, 19–21 aprel tarixlərində Ukraynada Pasxa bayramı səbəbilə elan edilən müvəqqəti atəşkəsi dəyərləndirib.

Atəşkəsə müsbət yanaşdıqlarını qeyd edən Putin, bu təşəbbüsün davam etdirilməsi üçün təhlil aparacaqlarını vurğulayıb.

“Ümumilikdə Ukraynanın hərbi fəallığında azalma müşahidə olunur. Bu, ümidvericidir. Amma buna baxmayaraq, atəşkəs 4900 dəfə pozulub” – deyə Putin bildirib.

O, Kiyev rəhbərliyini mülki infrastrukturlardan hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edib. Sumi şəhərindəki universitetə hücumun səbəbi kimi həmin məkanda Ukraynalı əsgərlərə mükafat verilməsini göstərib.

“Restoranlarda hərbi toplantılar keçirilir. Bu məsələ dərindən araşdırılmalı və lazımi qərarlar verilməlidir. İki tərəfli təhlil də mümkündür” – deyə o əlavə edib.

Kremlin sözçüsü Dmitri Peskov, Putinin açıqlamalarına aydınlıq gətirərək, prezidentin ikitərəfli danışıqlar variantını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Putinin təklifinə cavab olaraq ölkəsinin sivil obyektlərə hücumların dayandırılması məsələsində danışıqlara açıq olduğunu bildirib. O, Rusiyadan konkret cavab gözlədiklərini qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice