Əsas səhifə » Ukrayna NATO üzvü olmaq hüququna sahib deyil - ABŞ

Ukrayna NATO üzvü olmaq hüququna sahib deyil - ABŞ

BAKI, AzerVoice

Trampın xüsusi nümayəndəsi Kelloq bildirib ki, Ukrayna NATO-nun bir hissəsi ola bilməz.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Ukraynanın NATO üzvlüyü ilə bağlı çox sərt bir açıqlama verib.

Kelloq, Fox News-a verdiyi müsahibədə, "NATO-dan söhbət gedə bilməz. Siz onun bir parçası olmayacaqsınız" deyərək Kiyevin NATO-ya üzv olmasının mümkün olmadığını vurğulayıb.

Kelloq, ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsində mümkün bir atəşkəs üçün danışıqlar apardığını və bu danışıqlarda sülh prosesinin şərtlərinin Rusiya və Ukrayna tərəflərinə təqdim ediləcəyini bildirib. O, həmçinin sülh prosesinə vasitəçilik etmək niyyətində olduqlarını qeyd edib və ABŞ-ın qlobal məsələlərdəki rolunun əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Trampın administrasiyasının bu açıqlamaları, Ukrayna və onun NATO üzvlüyü məsələsindəki gərginliyi daha da artırır. Ukrayna tərəfi isə, bu ilin əvvəlində NATO üzvü olmağa can atdıqlarını bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice