Əsas səhifə » Putin İranla strateji tərəfdaşlıq haqqında qanunu imzalayıb

Putin İranla strateji tərəfdaşlıq haqqında qanunu imzalayıb

BAKI, AzerVoice

Rusiya və İran arasında 20 illik strateji müttəfiqlik sazişi qüvvəyə minib.

AzerVoice xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişini təsdiq edən qanunu imzalayıb.

Yeni razılaşma iki ölkə arasında hərbi, iqtisadiyyat, enerji, təhlükəsizlik və media sahələrində sıx əməkdaşlıq nəzərdə tutur.

Qanuna əsasən, strateji tərəfdaşlıq ilkin olaraq 20 il müddətinə qüvvədə olacaq və hər 5 ildən bir avtomatik yenilənəcək. Bu addım Moskva və Tehranın regional və beynəlxalq səviyyədə əlaqələrini daha da dərinləşdirməyi hədəflədiyini göstərir.

Qeyd edək ki, Rusiya və İran son illərdə xüsusilə enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı artıraraq geosiyasi mövqelərini möhkəmləndirməyə çalışırlar. Yeni saziş, Qərbin təzyiqlərinə qarşı birgə strategiya formalaşdırmaq məqsədilə atılmış mühüm addım kimi qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice