Əsas səhifə » Papanın ölümü ilə bağlı İspaniyada üç günlük matəm olacaq

Papanın ölümü ilə bağlı İspaniyada üç günlük matəm olacaq

BAKI, AzerVoice

İspaniya Papa Fransiskin vəfatı ilə bağlı üç günlük matəm elan edib

AzerVoice xəbər verir ki, Katolik dünyasının ruhani lideri Papa Fransiskin vəfatı İspaniyada dərin hüznlə qarşılanıb və bu münasibətlə ölkədə üç günlük rəsmi matəm elan olunub.

İspaniyanın Baş nazirinin müavini və Ədliyyə və Muxtar İdarə Şuraları arasında əlaqələr naziri Feliks Bolanos mətbuata açıqlamasında, "Böyük Papa və yaxşı bir insanın vəfatından kədərləndik", – deyərək, İspaniyada üç günlük matəm elan olunduğunu bildirib.

Bu müddət ərzində ölkə daxilində İspaniya və Avropa İttifaqının bayraqları yarıya endiriləcək və rəsmi şəxslər qara lent taxacaqlar.

Nazir Bolanos, 88 yaşında vəfat edən Papa Fransiskin "humanist, həmrəy və islahatçı şəxsiyyəti, ədalətsizlik və bərabərsizliklə mübarizəsi" ilə yadda qaldığını vurğulayıb.

Qeyd edək ki, Papa Fransisk 2013-cü ildən etibarən Vatikanın rəhbəri kimi fəaliyyət göstərib və bir çox dini və sosial islahatlara imza atıb. Onun ölüm xəbəri dünya üzrə milyonlarla katolik tərəfindən böyük kədərlə qarşılanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice