Əsas səhifə » Taylandda iki ayrı bombalı hücum: Yaralananlar var

Taylandda iki ayrı bombalı hücum: Yaralananlar var

BAKI, AzerVoice

Tailandın cənubundakı Narathiwat əyalətində iki ayrı bombalı hücumda qadın və uşaqlar da daxil olmaqla 17 nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, Tailandın cənubunda bombalı hücum yaşanıb. Narathiwat əyalətində dünən yerli vaxtla saat 18:45-də baş verən və polis iqamətgahını hədəf alan ilk hücumda bomba yüklü avtomobilin partlaması nəticəsində hadisə yerindən keçən məktəb avtobusunda olan 8 polis əməkdaşı və iki şagird yaralanıb. Yaralılar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara çatdırılıb. Polis qruplarının ilkin araşdırmaları nəticəsində hücumun lojanın qarşısında buraxılmış bomba yüklü avtomobillə edildiyi müəyyən edilib.

Partlayışdan saatlar sonra eyni əyalətdə baş verən başqa bir hücumda da mülki Buddistlərin təşkil etdiyi şam yeməyi hədəfə alınıb. Şahidlərin sözlərinə görə, üstü açıq yük maşını ilə hadisə yerinə gələn maskalı hücumçular axşam yeməyi yeyən dinc sakinlərə qumbaraatan və silahla hücum ediblər. Hadisə zamanı aralarında qadınların da olduğu 7 nəfər yaralanıb, yaralılar sağlamlıq qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hücumlardan sonra təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Tayland Hərbi Dəniz Qüvvələri general-leytenantı Paisal Noosang verdiyi açıqlamada hücumlarla bağlı araşdırmaların davam etdiyini və riskli bölgələrdə təhlükəsizlik tədbirlərinin artırılması üçün göstərişlər verildiyini bildirib.

Qeyd edək ki, keçən ay Narathiwat və qonşu Pattani əyalətlərində eyni vaxtda silahlı və bombalı hücumlar baş verib. Hücumlarda 5 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice