BAKI, AzerVoice
Cənubi Koreyada sabiq prezident Yoon Suk Yeola qarşı "qiyam" ittihamı ilə məhkəmə prosesi davam edir
AzerVoice xəbər verir ki, Cənubi
Koreyada sabiq prezident Yoon Suk Yeola qarşı “iğtişaşlara sövq
etmək” ittihamı ilə açılan cinayət işinin ikinci məhkəmə iclası
keçirilib.
Seul Mərkəzi Dairə Məhkəməsində baş tutan proses öncəsi Hərbi İnsan
Haqları Mərkəzinin direktoru Lim Tae-hoon ictimaiyyətə açıqlama
verib.
Belə ki, Yoon Suk Yeol 2024-cü ilin dekabrında müxalifəti “dövlət əleyhinə fəaliyyətlərdə iştirak”da günahlandıraraq hərbi vəziyyət elan etmişdi. Lakin bu qərar parlament və Nazirlər Kabinetinin təzyiqləri nəticəsində ləğv olunmuşdu.
Dekabrın 14-də Milli Assambleya impiçment qərarı verib və Yoon vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. 2025-ci ilin 4 aprel tarixində isə Konstitusiya Məhkəməsi impiçmenti təsdiqləyərək onun vəzifədən tamamilə uzaqlaşdırılması qərarını çıxarıb.
Qeyd edək ki, Cənubi Koreya konstitusiyasına görə, “iğtişaşlara sövq etmək”də ittiham olunan şəxs ömürlük həbs və ya ölüm cəzası ilə cəzalandırıla bilər.